İntihar və onun səbəbləri hansılardır? - Hüquqşünas danışdı

Daha çox hansı yaş qrupunda olanlar intihara əl atır?

İstər Azərbaycan, istərsə də dünyada son illər intihar hallarının artım tendensiyası özünü büruzə verir. ÜST-nın məlumatına əsasən, hər 40 saniyədən bir yer kürəsində bir insan şüurlu olaraq özünə qəsd etməklə həyatdan gedir. Bu mənada 15-29 yaşlar arasında özünüöldürmə halları dünya miqyasında ikinci yerdə durur.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin Təcili psixoloji mərkəzinin mlumatına görə, 2019-cu il ərzində 327 suitsid - intihar halları qeyd olunub. Mərkəzin qənaətincə, dünyada hər 100 min nəfərə düşən intihar faktlarının sayı 7 nəfər təşkil edir. Azərbaycanda vəziyyət kritik deyil. Əgər 2018-ci il ərzində 515 intihar halları qeydə alınıbsa, qeyd etdiyim kimi, 2019-cu ildə bu rəqəm 327 olub. Təbii, narahatlığa əsas var. Bəzən ictimaiyyət özünüöldürmə dərəcəsinə çatdırma faktlarından xəbərsiz olur, faktlar ictimailəşmir, çəkindirmə halları barədə məlumatlara, özünüöldürmənin səbəblərinə əhəmiyyət verilmir, onu doğuran şəraitin aradan qaldırılması ləng həyata keçirilir və yaxud səbəblərə adi hal kimi yanaşılır.

Hüquqşünas Əli İbrahimov məsələyə aydınlıq gətirərkən qeyd edib ki, bütün bəşər mahiyyətcə bir orqanizmdir. Onun sözlərinə görə, bu orqanizmin hər hansı bir əzasına zərər toxunarsa, onun digər azaları da əziyyət çəkir. İntiharlar harda, hansı diyarda olursa-olsun, onu doğuran səbəblərlə beynəlxalq səviyyədə mübarizə davam etməlidir: "İntiharlara aparan problemlərin əksəriyyəti bunlardır. Şəxsi həyatdakı problemlər, ailə münaqişələri, boşanmalar, sevgidə "bəxtin gətirməməsi", uğursuz sevgi, yaxın adamın ölümü, itirilməsi və yaxud doğma şəxsin xronik xəstəliyi, tənhalıq, əhatəsində olanların qayğısından məhrumolma, diqqətsizlik, ailədaxili münsibətlərdə xroniki və ya uzanan psixotravmatik şərait daxildir. Təhsildə və işdə uğusuzluq, müflisləşmə, pul itkisi, sosial təcrübənin uğursuzluğu, məsələn, sosial qrupdan kənarda qalma, işin itirilməsi, karyerada qorxu və s. sosial izolyasiya, insanın razılığı və istəyi olmadan onun seksual oriyentasiyasının və ya gender məsələlərinin açıqlanması - autinq. Bundan başqa ağır, müalicə olunmaz samotik xəstəliklər, psixi xəstəliklər, depressiya vəziyyəti də intihara səbəb olan amillər sırasındadır. ÜST-in məlumatına görə, depressiyaya məruz qalanların 15%-i özünü həyatdan məhrum edənlərdir. Özünüöldürmə dərəcəsinə çatdırma hallarına təsir edən digər səbəblər də var. Məsələn, məqsədyönlü böhtan, hədələr, alçaltma halları; zorlamalar, fiziki əzab, işgəncə, döymə, konsertasion düşərgələrdə olarkən ağır şəraitə dözməmə, həyatdan doyma, yorğunluq, yaşamağa marağın olmaması, dini fanatizm, ritual özünüöldürmə və s. və i.a. Qeyd olunan səbəblərin hər biri özünü həyatdan məhrumetməyə apara bilər. Amma iradəsi zəif olanlar və hərəkətlərini ölçüb-biçə bilməyənlər bu əməlin girovuna daha tez düşürlər".  Əli İbrahimov deyib ki, möhkəm və sağlam mühitin formlaşdığı ailələrdəki sosial əlaqələr suitsid riskini azaldır: "Ailədə uşaqların, ələlxüsus qadınların olması, həmçinin hamiləlik halları həyatdan məhrumetmə faktorlarının aşağı düşməsinə təsir edən risk faktorlarıdır. Dini inanc, xüsusilə dini fəaliyyətlərdə iştirak etmək, hiperməsuliyyət, yaradıcılıq planlarının olması, habelə fiziki əzablardan uzaq olan ailələrdə özünüöldürmə aktları önlənilir. Burada daha əhəmiyyətli rolu yaxınların və doğmaların dəstəyi: ailədki vəzifələrinin nədən ibarət olmasının fərqində olmaq (başa düşmək), tam məşğulluq (işsizliyin olmaması), psixoloji vərdişin mövcudluğu, məsələn, itkilərə dözə bilmək qabiliyyəti və s; optimizm halları oynayır. Hüquq ədəbiyyatında bütün özünü öldürmələri şərti olaraq iki sinfə - qütbə bölmək olar: həqiqi və nümayişkəranə (parasuitsid və psevdosuitsid). Bəzi halda özünüöldürmə (psevdosuitsid) affekt vəziyyətində baş versə də, daha çox qışqıraraq, "köməyə çağırmaqla" baş verir. Bunu bir növ ətrafın diqqətini özünə cəlb etmək üçün cəhd adlandırmaq olar. Bu hərəkət suitsidin nümayişkəranə sinfinə aid edilir. Həqiqi suitsid (parasuitsid) isə, qeyd etdiyimizin əksinə olaraq, yaxınların və doğmaların reaksiyalarından asılı olmayaraq, dostlarının təsiri olmadan nəyin bahasına olursa-olsun həyatdan məhrum olmağı qarşısına məqsəd qoyur. Bəzən şəxsin həyatı üçün təhlükə gözlənilməyən və təcili həyatdan məhrum olmağa səbəb olmayan davranışları da sonradan, tədricən onun həyatdan məhrum olmasına gətirib çıxarır. Lakin şəxs belə hallarda adi yanaşır, özü üçün təhlükə gözləmir. Məsələn, lazımi məşq keçmədən ekstrermal idman növü ilə məşğul olur. Hərbi təlimlərdə təhlükənin gözlənilməməsi, siqaretə, spirtli içkilərə dair asılılıq, tibbi yardımdan imtina və s. də bu qəbildəndir. Bəzi tədqiqatçılara görə, belə davranma özünüöldürmənin 3-cü sinfinə - gizli suitsidə aid edilir. Özünüöldürməyə cəhd, özünüqəsdə cəhddir və yaxud əksinə. Özünü öldürməyə cəhdə ciddi yanaşmaq lazımdır. Çünki, böyük ehtimalla, belə hallar ölümlə nəticələnir. Lakin qarşısı alınırsa, belə hallarda da şəxsin sağlamlığına, psixoloji durumuna ciddi zərər dəyir, uzun vaxt ərzində sağlamlığı bərpa olunmur. Zənnimcə, özünəqəsdə cəhdin qarşısı alınandan sonra özünüöldürməyə ikinci dəfə cəhd etmək ehtimalı yüksək olur. Suitsidin baş verməsinin qarşısını almaq və ona mane olmaq üçün antisuitsidal faktorlar rol oynaya bilər. Təbii, bunun üçün özünüöldürməyə gətirib çıxara biləcək problemin həlli üsulu antisuitsidal baryerin formalaşmasına imkan verəcək. Bir qayda olaraq, belə faktorlara realizə olunmayan (imkan xaricində olan yaradıcılıq planlarının yarımçıq qalması), özünü öldürmənin (özünəqəsdin) ağılsız bir akt olduğunu anlamaq, doğmalarına, yaxınlarına mənəvi və psixoloji əziyyətin, ağrının bəxş edəcəyindən çəkinmək (onlara rəhm etmək), özünüöldürmənin problemin həllinə təsir edəcək üsul olmadığını başa düşmək, habelə sosial və dini əsaslar, məsələn, islam və digər dinlər özünə qəsd etməyi böyük günah hesab edir. Bəzi ölkələrdə (Pakistan) belə şəxslərin ümumi qəbiristanlıqda dəfn olunmasına etirazlar edilir, onların cənazə namazları qılınmır və s. Çünki Allahın əmanətinə xəyanətin kəffarəsi yoxdur. Bəzi şəxslər üçün özünəqəsd aktı zəifliyin simvolunun əlamətidir. Cəmiyyətdə özünüöldürməyə təsir edən sosial və demokrafik faktorlar da var. Məsələn, cəmiyyətdə belə halların sakit və ali hal kimi qəbul olunması, sosial, iqtisadi və siyasi arenada sosial stressə gətirib çıxaran qeyri-stabillik halları; miqrasiya kütləsinin artması, cəmiyyətdə etnik və mədəni xüsusiyyətlərin ictimai şüura neqativ təsir edən davranışlar (dindarlıq səviyyəsinin yüksək olması, "böyük ailələrin" adətlərinə dözməmə və s". Hüquqşünasın sözlərinə görə, təcrübə göstərir ki, yeniyetmələr və gənclər yaşlılara nisbətdə özünə qəsd etməkdə tərəddüdə qapılmırlar: "15-24 yaşda olanlar bu sırada irəlidədir. İkinci yerdə 40-60 yaşda olanlar qərar turur. Üçüncü yerdə ahıl yaşda olanlardır. Özünüöldürmə faktları bu yaşlarda da yüksək olur. Kişilər qadınlara nisbətən, dörd dəfə çox özünə qəsd edirlər. Amma qadınlar dörd dəfə artıq bu cinayətə cəhd edirlər. Münaqişəli ailələrdə, tənha yaşayanlar arasında risk yüksəkdir. Narkotik və psixotriop maddələrdən asılı, alkoqola aludə olanlar sırasında da depressiyaya meyilli şəxslər özünü öldürməyə tez qərar verənlərdir. Yeniyetmələr arasında belə halların olması yoxsulluq, ailədəki dözülməz münasibət, spirtli içkilərə və narkotikaya meyl, təhsildə uğursuzluq (eyni zamanda sevgidə), uşaqlıq illərində zorakılıqlara məruz qalma ilə daha çox bağlıdır. Bu, həm də sosial izolə edilmiş şəxslər və xroniki xəstələr arasında çoxdur. Cəzaçəkmə müəssisələrində də özünə qəsd edənlərin sayı azadlıqdakılardan həmişə çox olub. Lakin təcrübə göstərir ki, Penitensiar Xidmətdə davam edən sosial islahatlar belə faktların qarşısının alınmasına təsir edə bilir. Ümumiyyətlə, antisuitsidal - müdafiə xarakterli profilaktik tədbirlər sırasına ölkədə "etibarlı telefon"un və psixoloji yardım mərkəzinin yaradılması həmişəki kimi səmərə verər. Psixi vəziyyətin erkən pozulmasının identifikasiyası və müalicəsi profilaktikanın mühüm strateji hissəsidir. Özünüöldürmənin profilaktikası və müalicəsinin əsas kriteriyaları şəxsiyyətdə antisuitsidal faktorların formalaşdırılmasıdır. Bu, son nəticədə suitsidal davranışın və suitsidal halların realizəsinin və inkişafını bloklaşdırır. Qeyd etmək lazımdır ki, ümidsizlik hallarının mövcudluğu zamanı medikal metodlardan çox, davranışlara təsir edəcək psixoterapiya metodlarından faydalanmaq lazımdır. Pasiyentin depressiya zamanı psixoloji durumu onun ümidsizliyə qapılmasında nüvə rolunu oynayır. Bu hal onu özünüöldürməyə sövq edir. Bu mənada pasiyentin müalicəsində psixoterapiya travmoterapiyadan daha effektli təsir bağışlayır. Suitsidal fəaliyyətə qarşı profilaktik sistemin təşkilində ruhi pozuntusu olan şəxslərin stiqmatik və ayrı-seçkilik hallarına qarşı mübarizənin davam etdirilməsi önəmlidir. Stiqmatik və ayrı-seçkilik metodlarının suitsidal tendensiyalara qarşı mübarizə aparan xidmət sahiblərinə, onların doğmalarına qarşı istifadəsi də yolverilməzdir. Bütün affekt vəziyyətlərində psixoformakoloji - dərman pereparatları ilə müalicə üsuluna üstünlük vermək lazımdır. Pereparatların qəbulu özünüöldürmələrin sayının azalmasına təsir edir. (Dərman vasitələri şəxsiyyətin aqressivliyini zəiflədir, çılğınlığını aşağı salır, bununla yanaşı ümumi ölüm hallarının zənciri qısalır). Həqiqi suitsid zamanı şəxsin özünə qəsd etməyə hazırlığı müəyyən vaxt ərzində baş verir - bir neçə gündən, bir neçə ilə qədər. Aktın subyekti uzun müddət özünüöldürmənin səbəblərini təhlil, saf-çürük edir, mümkün nəticələri gözünün qabağına gətirir, müxtəlif üsulların səmərə verəcəyinə baxır, hərəkətlərinin həyata keçməsi üçün etibarlı ssenari planlaşdırır. Özünüöldürmə aktından əvvəl suitsidentdə terminal davranışa meyl artır. Necə deyərlər, "özünü sahmana salır": borcları varsa ödəyir, bankda olan hesabını bağlayır, düşmələrindən imdad istəyir; (bağışlanma), evdə böyük səliqə-sahman yaradır, doğmalarla, yaxınlarla "vida" ziyarətinə başlayır; şəxsi əşyalarından xatirə kimi dostlara, yaxınlara pay verir və s. Yeniyetmələr isə uşaq oyuncaqlarını hədiyyə olaraq pay verir. Özünəöldürmə faktlarının 15-dən 45%-i ölümündən qabaq vida qeydi, öz günahı ilə bağlı yazılar qoyur. Bəziləri bədənini tam təmziləyir, öncədən defekatsiya edir. Psixoloji bxımdan bəzən yaxın ətrafından üzrxahlıq edir və s". Əli İbrahimov deyib ki, özünüöldürmə hallarının ən çox yayılan növləri isə asma, boğma, batırma, zəhərləmə (zəhərlə, yuxu dərmanı və narkotik maddələrlə), yandırma, kəsici predmetlərlə əlini, damarlarını kəsmə, qədim Romada xəncərlə dəlib-deşmə, Yaponiyada ritual öldürmə, odlu silahla, elektrik enerjisi ilə, nəqliyyat vasitələrinin altına atma, yüksəklikdən tullanma, yeməkdən imtina və s.dir.

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31