Paytaxtda narkotacir saxlanıb

Hüquq-mühafizə orqanlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt Bakıda narkotacir saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi 35-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini N.Abdullayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilərək götürülüb. Ətrafında aparılmış tədbirlərlə onun rayon ərazisindəki yarımtikililərin birində gizlətdiyi  6 kiloqram 733 qram marixuana da aşkar edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31