Quldur dəstə vətəndaşa hücum edib
10 İyun 2020 11:47 SosialBakıda vətəndaşa qarşı quldurluq edilib. "Olaylar"ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, R.Rüstəmov küçəsi 66 ünvanının qarşısında baş verib. Bakı şəhər sakini Zülfüqarzadə Şəhriyar İlqar oğlu həmin ünvanın qarşısında 3 nəfər tanımadığı şəxsin hücumuna məruz qalıb. Naməlum şəxslər ona zor tətbiq etməklə 109 manatını, "Samsung" markalı mobil telefonunu və köynəyini alıb hadisə yerindən uzaqlaşıb.Faktla bağlı Nizami rayon Polis İdarəsində cinayət işi başlanıb, hadisəni törədən şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31