AƏSMA-da onlayn formatda imtahanlara start verildi

İyunun 8-də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında ilk dəfə olaraq onlayn formatda semestr imtahanlarının keçirilməsinə başlanıb. Akademiyadan "Olaylar"a bildirilib ki, 10:00-da başlayan imtahanda bütün tələbələr üçün eyni şərait yaradılıb. Hər tələbəyə 0-10 balla qiymətləndiriləcək beş suallı bilet təqdim olunub. Qeyd edək ki, ölkədə Koronavirus (Covid-19) epidemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə mart ayının 3-dən bütün təhsil müəssisələrində, o cümlədən AƏSMA-da ənənəvi tədris dayandırılıb, aprelin 13-dən isə AƏSMA-da Microsoft teams platforması üzərindən onlayn təhsilə start verilib. Ona görə də tələbələrin imtahana hazırlığı da onlayn formatda təşkil olunub və imtahan öncəsi təlbələrə güzəştlər olunub.

Onu da qeyd edək ki, bu gün AƏSMA-da start götürən onlayn yay imtahan sessiyası iyulun 7-də yekunlaşacaq. İmtahanda hər hansı bir səbəbdən iştirak edə bilməyən, kəsiri olan tələbələr ödənişsiz formada avqust sentyabrın aylarında növbəti dəfə imtahan verə biləcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31