Səyyar ASAN xidmət davam edir
Səyyar ASAN xidmət 10 – 25 iyun Qaradağ rayonunun Qobustan qəsəbəsi, Hacıqabul, Xudat, Lənkəran, Tərtər, Göyçay, Qazax, Zaqatala, Beyləqanda, 10 – 29 iyun Xırdalanda, 10 iyun – 4 iyul Şəmkirdə vətəndaşlara səyyar formada xidmət göstərəcək.
10 İyun 2020 11:34 SosialSəyyar ASAN xidmət 10 - 25 iyun Qaradağ rayonunun Qobustan qəsəbəsi, Hacıqabul, Xudat, Lənkəran, Tərtər, Göyçay, Qazax, Zaqatala, Beyləqanda, 10 - 29 iyun Xırdalanda, 10 iyun - 4 iyul Şəmkirdə vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Olaylar.az bildirir ki, səyyar şəkildə göstərilən xidmətlərə funksional yardımçı xidmətlər, həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunan xidmətlər aiddir.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Videoya keçid: https://bit.ly/2UujAra