Dayə işlədiyi evdən 12 minlik qızıl oğurladı
Dayə işlədiyi evdən 12 minlik qızıl oğurladı
9 İyun 2020 14:03 SosialBakıda mənzildən külli miqdarda qızıl oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il aprelin 24-dən iyunun 5-dək olan müddətdə rayon ərazisindəki evlərin birindən 12.750 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən həmin evdə dayə işləyən Bakı şəhər sakini R.Kərimova saxlanılıb. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31