Liftdə koronavirusa yoluxmamaq üçün bu qaydalara əməl etmək lazımdır
9 İyun 2020 10:44 SosialTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19 infeksiyasından qorunmaq üçün iş yerlərində, müxtəlif ofis binalarında və restoranlarda liftdən istifadə edənlərə müraciət ünvanlayıb.
Liftdən istifadə zamanı aşağıdakı qaydalara əməl etmək vacibdir:
- Lift növbəsində və liftin içərisində fiziki məsafəni qoruyun
- Maska taxın
- Əgər liftdə çox insan varsa, minməyin, növbəti gedişi gözləyin
- Lift daxilində üz-üzə durmamağa və söhbət etməməyə çalışın
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31