Polis üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi - TƏHLİL

Bəzi qüvvələr Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışır

Son günlər məqsədyönlü şəkildə Azərbaycan polisini gözdən, hörmətdən salmaq üçün ona qarşı açıq hücumlar başlayıb və bu günlərdə də, davam etməkdədir.Olmayan hadisələri olmuş kimi göstərməklə və yaxud da, hadisələri təhrif edərək, şişirtməklə polisin cəmiyyətdəki rolunu, nüfuzunu azaltmağa yönəlmiş bu addımlar heç şübhəsiz ki, Azərbaycan xalqına qarşı düşmən mövqedə duranların növbəti oyunudur. Çox təəssüf hissi ilə qeyd edilməlidir ki, cəmiyyətimizin bəzi nümayəndələri, öz məsuliyyətsizliklərini, xalqın taleyi ilə oynayaraq polisin üzərinə atmağa çalışırlar. Milli Məclisin deputatı Fazil Mustafa qeyd edib ki, sərtləşdirilmiş karantin rejimi günündə paytaxtın Yasamal rayonunda vətəndaşların polisə zibil atması, üstəlik bu hadisəni sosial şəbəkələrdə dəstəklənməsi heç də yaxşı hal deyil: "Bu sürünün qarşısında durmalıyıq. Bunlar vətəndaş deyillər, Vətəni qarışdırmaq istəyən yaramazlardır. Bəli, karantin dövrü müharibə dövrüdür. Onun sərt qaydalarına tabe olmaq lazımdır. Bu sadəcə əxlaqsızlıq və şərəfsizlik deyil, məqsədyönlü təxribatdır. Polis də bu Vətənin övladıdır, sən evində istirahət edəndə o, 3 aydır küçələrdə təhlükə ilə üz-üzə qalıb vətəndaşları qorumağa çalışır. Xeyli sayda polis və ailəsi koronavirusdan əziyyət çəkir. Mədəni şəkildə hər kəs polisə iradını bildirə bilər, qanuna uyğun şəkildə şikayət edə bilər, sosial şəbəkədə məhz bu hadisəyə görə polisə qarşı total hücum edən yaramazları ən sərt şəkildə cəzalandırmaq lazımdır". Milli Məclisin deputatı İqbal Məmmədov deyib ki, Azərbaycan polisi koronavirusla mübarizə dönəmində ən yüksək dərəcədə peşəkarlıq nümayiş etdirməklə dövlətinə və millətinə növbəti dəfə sədaqətini göstərməklə dünyada ən yaxşı polis nümunəsi göstərdi. Onun sözlərinə görə, koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimi qaydalarına riayət olunmasının həyata keçirilməsi məsuliyyəti Azərbaycan polisinin də üzərinə məsuliyyət düşdü: "Bir sözlə ifadə etmək olar ki, Azərbaycan polisi üzərinə düşən bu missiyanı şərəflə icra etməkdədir. Biz buna bir daha həftəsonu karantin rejiminin sərtləşdirilməsi günləri bir daha şahidi olduq".  İ. Məmmədov əlavə edib ki, Azərbaycan polisi fəaliyyətini hansısa cəza metdonun tətbiq etməklə yox, məhz bəşəri dəyərlərə uyğun formada quraraq, insanlarına sağlamlığının keşiyində durdu: "Polis bu günlərdə daha çox köməyə ehtiyacı olan insanlara dəstəyi ilə yadda qaldı. Bu istər yol patrul xidmətinin əməkdaşlarının yollarda hərəkətin tənzimlənməsində göstərdikləri xidmətdə, istər daxili qoşunların əməkdaşlarının fəaliyyətində, istərsə də digər polis əməkdaşlarının göstərmiş olduqları fədakarlıqlarla yaddaşlara həkk olundu. Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general- polkovnik cənab Vilayət Eyvazovun rəhbərliyi ilə Azərbaycan polisi öz dövlətinə sədaqətlə xidmət edərək dünyada ən yaxşı polis nümunəsi göstərdi. Azərbaycan polisi pandemiya dövründə vətəndaşlarımızın yardımçısı rolunda çıxış etdi. Bununla bağlı çoxsaylı faktlar sadalamaq olar. Bu barədə sosial şəbəkələrdə çoxsaylı faktlar yer alıb və geniş müzakirə obyektinə çevrilib. Biz hətta Azərbaycan polsinin öz yeməyini imkansız, ehtiyacı olan insanla necə paylaşdığının, gecə vaxtə xəstə, hamilə qadına yardım edib xəstəxanaya çatdırmasının, suyu kəsilən yaşayış massivini su ilə təminatını və sairə hallara  şahidlik etdik. Bu çox qürurverici an idi. Çünki Azərbaycan polisi istər torpaqlarımızın müdafiəsində, istər dövlətçiliyimizə qəsd zamanı, istər ölkəmisdə ictimai-siyasi asayişin, sabitliyin təmin olunaraq, ölkəmizin uğurlu inkişafında oynadığı qururverici anını, bu dəfə pandemiya dövründə bəşəri dəyərləri nümayiş etdirməklə yaşatdı. Polisin bu fəaliyyəti bütövlükdə Azərbaycan cəmiyyəti tərəfindən təqdir olunaraq yüksək qiymətləndirildi. Cənab Prezident də polisin karantin rejimi dövründə fəaliyyətinə yüksək qiymət verib". Deputat iyunun 7-də bir qrup şəxsin belə bir vəziyyətdə  polisə qarşı insanlığa sığmayan  hərəkətinə də mövqeyini açıqlayan deputat deyib ki, bu ilk növbədə Azərbaycan insanına və onun əxlaqına, mentalitetinə, milli-mənəvi, dini dəyərlərinə  yaraşmayan hərkət idi: "Öz vəzifə borcunu yerinə yetirən polisə qarşı belə hörmətsiz, utanverici  hərkət edildiyinin şahidi olmaq, bir vətəndaş kimi hamımızda məyusluq yaratdı. Azərbaycan cəmiyyətinin dünyaya müharibə elan edən koronavirus  epidemiyasına qarşı effektiv mübarizə aparmaq üçün birliyə, həmrəyliyə nail olduğu bir zamanda, bu  təxribatçı hərəkət kimə lazım idi? Təbii ki, Azərbaycanı sevməyən. onun hər uğuruna xələl gətirmək, ölkəmizi  xaosda görmək istəyənlərin, sabitliyi istəməyənlərin, bir sözlə, Azərbaycanın müstəqilliyini istəməyənlərin arzusu və istəyi ola bilərdi. Ona görə də bu cür şəxslər dövlətin atributunu üzərində gəzdirən polisə qarşı təhqirə yol verdilər. Sosial şəbəkələr vasitəsi ilə Azərbaycan polisinin videolarını yaymaqla onların təhqir olunmasına şərait yaradanlar anlamırlar ki, bizim vətəndaşlarımızın günün istənilən vaxtı ölkə ərazisində sərbəst və təhlükəsiz gəzməsi həm də məhz o təhqir etdikləri polislərin xidmətidir. Axi biz  evimizdə  rahat oturduğunuz halda, həmin polislər küçələrdə biz vətəndaşların təhlükəsizliyini qoruyur. Bizim sağlamlığımızın keşiyində duran insanlara qarşı bu cür  təhqiramiz hərəkət ancaq və ancaq utanverici və xalq olaraq bizə yaraşmayan hərkətdir. Odur ki, vətənsaş olaraq belə məsələlərdə həssas  və məsuliyyətli olmalıyıq. Karantin dövründə vətəndaş məsuliyyətini dərk edib qaydalara əməl etməliyik. Bu gün Azərbaycan dövlətinə sədaqətlə xidmət edən Azərbaycan polisinə dəstək verməlidir". Millət vəkili Cavid Osmanov deyib ki, bu pandemiya dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi orqanlarının üzərinə çox böyük vəzifələr düşüb: "Etiraf etmək lazımdır ki, Daxili İşlər Nazirliyi orqanları bütövlükdə koronovirus pandemiyası dövründə üzərinə düşən vəzifəni çox layiqincə yerinə yetirdilər. Onlar istər magistral yollarda qurulan postlarda, istərsə də bütövlükdə ölkə ərazisində karantin qaydalarının həyata keçirilməsi, icra edilməsi ilə bağlı çox ciddi işlər gördülər. Birincisi, qanunların, qaydaların tamamilə işlək vəziyyətdə olması üçün onların qarşısına qoyulan vəzifə çox layiqincə həyata keçirildi. Amma çox təəssüf ki, sosial şəbəkələr üzərindən bəzi qüvvələr çalışırlar ki, Azərbaycan polisinə ləkə yaxsınlar və onların həyata keçirdiyi tədbirləri gözdən salsınlar. Təbii ki, həmin qüvvələr qaragüruh qüvvələrdir. Onlar hər zaman ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağa çalışırlar. Xüsusilə də bu addımlar Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışan ermənipərəst qüvvələr, xüsusilə Milli Şura və bu qurumu dəstəkləyən ayrı-ayrı qruplaşmalar tərəfindən həyata keçirilir. Bunlar hamısı Azərbaycan polisinə atılan şər-böhtandır. Eyni zamanda bu gün dünyanın bir çox ölkələrində, xüsusən qərb ölkələrində özlərini "demokrat" adlandıran qüvvələr sanki Avropada polis zorakılığını görmürlər. Sanki onlar jurnalistlərin həbs olunmasını, insanların döyülməsini, gözyaşardıcı kimyəvi maddələrdən istifadə olunmasını və s. görmürlər. Bunlar insan haqlarının tapdanması, söz azadlığının kəsilməsidir. Amma Azərbaycan demokratik sahədə çox uğurla inkişaf edən bir ölkədir. Ona görə də Azərbaycan polisi bütün Azərbaycan qanunlarına və qaydalarına əməl edərək bu vəzifənin öhdəsindən ləyaqətlə, şərəflə, vicdanla gəldi".

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31