Baş nazirdən karantin rejiminin pozulmasına görə cərimələrlə bağlı QƏRAR
9 İyun 2020 10:34 SosialNazirlər Kabineti "Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" qərarda dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla karantin rejiminin pozulmasına görə cərimələr Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına daxil edilib.
Bundan əvvəl isə sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulmasına görə cərimələr Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına daxil idi.
Baş nazirin qərarı ilə karantin rejiminin pozulmasına görə cərimələr də bu təsnifata salınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31