Reytinq toplamaq xatirinə insanların mənəviyyatı ilə oynamaq cinayətdir
8 İyun 2020 16:30 SosialBu gün ölkəmizdə olan saytlara nəzər salarkən "HİT.AZ" saytında özüm və həyat yoldaşım Afət Məmmədovun koronavirusa tutulduğu və hazırda guya müalicədə aldığımızla bağlı xəbərə rast gəldik. Düzü "həmkarımızın" bu cür "operativliyinə" heyran qaldıq. Çünki mən, "İki sahil" qəzetinin əməkdaşı Xuraman Məmmədova hazırda iş yerimdə, redaksiyadayam. Həyat yoldaşım "Xalq qəzeti"nin sabiq əməkdaşı Afət Məmmədov evdə şəxsi yaradıcılığı ilə məşğuldur. Belə ki, "HİT-Az"ın heç bir mənbəyə əsaslanmayan bu xəbəri yalan və həqiqətə uyğun deyil.
Xuraman Məmmədova,
Afət Məmmədov
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31