Babək rayonunda iki kəndə qəsəbə statusu veriləcək
Babək rayonunda iki kəndə qəsəbə statusu veriləcək
8 İyun 2020 13:23 SosialBu gün Milli Məclisin (MM) Regional məsələlər komitəsinin növbəti iclası olacaq. MM-dən "Olaylar"a verilən məlumata görə, iclasda bir məsələ müzakirə olunacaq. Komitə üzvləri Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi məsələsini müzakirə və plenar iclasa tövsiyə edəcəklər. Dəyişikliyə əsasən, Babək rayonunda iki kəndə qəsəbə, rayonun mərkəzinə isə şəhər statusunun verilməsi gözlənilir. İclasa komitənin rəhbəri Siyavuş Novruzov sədrlik edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31