Mütləq maskadan istifadə edin - TƏBİB
8 İyun 2020 13:24 SosialTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə tövsiyələr verib.
TƏBİB bu tövsiyələrini sosial şəbəkədəki səhifəsi vasitəsilə sərnişinlərə çatdırıb:
"İctimai nəqliyyatdan istifadə edirsinizsə, özünüzü və başqalarını qorumaq üçün COVID-19 infeksiyasının yayılmasının azalmasında nələri etməyin praktik və mümkün olduğunu düşünün. TƏBİB sizə aşağıdakıları tövsiyə edir:
- Xəstəsinizsə, evdə qalın
- İctimai nəqliyyatda fiziki məsafə saxlamaq çətin olduğundan, mütləq maskadan istifadə edin
- Tranzit stansiyanı tərk edərkən və və son dayanacaqda əl gigiyenasına riayət edin. Əllərinizi spirt əsaslı dezinfektantla təmizləyin" .
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31