"Başsağlığını telefonla verin" - Deputatdan TƏKLİF
8 İyun 2020 12:02 Sosial"Həm toylar, həm də yaslarla bağlı olduqca ciddi siqnallar gəlir. Xüsusən rayon yerlərində kütləvi şəkildə yaslar keçirilir və yoluxanların da çoxu məhz bu yas yerlərinə gedənlərdir".
Bu sözləri İTV-də yayımlanan "Diqqət Mərkəzi - Yekun" verilişində millət vəkili Musa Quliyev bildirib.
O əlavə edib ki, başsağlığını telefonla da vermək olar, kütləvi yığışmaq təhlükəlidir: "Əgər bir-birinizə təskinlik vermək istəyirsinizsə, bundan ötrü sosial şəbəkələr və telefon var".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31