Ukraynada koronavirusa yoluxanların sayı 27 minə yaxınlaşıb

Ukraynada son sutkada koronavirusa 485 nəfər yoluxub, 11 nəfər ölüb. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Beləliklə ölkədə koronavirusa yoluxanların sayı 26999 nəfər olub.

Məlumatda bildirilir ki, son sutkada virusa yoluxanların 29 nəfəri uşaq, 24 nəfəri tibb işçidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31