Deputatın yaxın qohumu koronovirusdan öldü
6 İyun 2020 16:15 SosialMilli Məclisin deputatı Aydın Mirzəzadənin əmisi qızı koronavirusdan vəfat edib.
Bu barədə Report-a deputatın özü məlumat verib.
Onun sözlərinə görə, 64 yaşlı əmimisi qızı dünən koronavirusdan ölüb: "Üç gün temperaturla gəzib, hesab edib ki, soyuq dəyib. Onu Goranboydakı xəstəxanalardan birinə yerləşdirmişdilər. İki gün süni nəfəs aparatında saxlasalar da, həkimlər əmim qızının həyatını xilas edə bilmədilər. Özündən başqa ailəsindən daha dörd nəfər klinikada koronavirusdan müalicə alırlar və ananın vəfatından xəbərləri yoxdur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31