Həkim-infeksionist: “İkinci dalğa qaçılmazdır, daha çox yoluxma...”

"Koronavirusun ikinci dalğasının yaşanması qaçılmazdır".

Bunu yaponiyalı həkim-infeksionist Akihiro Sato deyib.

O qeyd edib ki, ikinci dalğa zamanı müsbət nəticələnəcək koronavirus testlərinin sayı birinci dalğada qeydə alınanlardan çox ola bilər.

Mütəxəssisin fikrincə, anticisimlərin aşkarlanması testlərinin çox az hissəsi müsbət nəticə verir.

"Bu o deməkdir ki, əhalinin təxminən 99 faizi hələ koronavirusa yoluxmayıb. İkinci dalğa zamanı virusa yoluxanların birincidən çox olması mümkündür", - deyə A.Sato bildirib.

Oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31