Şamaxıda kənd adının dəyişdirilməsinə etiraz

Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli Şamaxı rayonunun Saqiyan kəndinin adının dəyişdirilməsinə də etiraz edib."Olaylar"ın məlumatına görə, deputat bildirib ki, Saqiyan türk adıdır:"Bununla bağlı iyunun 8-də Milli Məclisin Toponimiya Komissiyasının iclası keçiriləcək. Həmin kəndin adının dəyişdirilib, Günəşli qoyulması təklif olunur. O kəndin adı türk adıdır. Ona görə kəndin adının dəyişdirilməsinə etiraz edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31