Paytaxtda silahlı şəxs saxlanıb
5 İyun 2020 11:19 SosialPaytaxt Bakıda silahlı şəxs yaxalanıb."Olaylar"ın məlumatına görə, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları daxil olan məlumat əsasında rayonun Binə qəsəbəsində yaşayan Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Nicat Əbdülrəhmanovun evində axtarış aparılıb. Axtarış zamanı onun həyətində torpağa basdırdığı "TT" markalı tapança və 24 ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31