Yeni “SMART APTEK” aparatları istifadəyə veriləcək
5 İyun 2020 10:42 SosialÖlkədə "SMART APTEK" tipli yeni aptek aparatları istifadəyə veriləcək. "Olaylar" xəbər verir ki, bu aparat vasitəsilə vətəndaşlar onlara lazım olan dərmanları seçir, dərmanın qiyməti, təyinatı barədə məlumat alır, ödəniş edib preparatı götürə bilir. Seçilən dərmanların təqdimatı cəmi 20 saniyə çəkir. "Smart aptek" aparatı yerli istehsaldır. Aptek aparatının küçələrdə, iri ticarət mərkəzlərində, "ASAN xidmət"lərdə qoyulması planlaşdırılıb. 500 dərman növünün olduğu bu aparatın xaricə ixracı nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31