Ramin Bayramlı: "Hazırda pandemiyanın başlanğıc mərhələsindəyik"

Hazırda pandemiyanın başlanğıc mərhələsindəyik.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, COVİD-19-un yayılmasının qarşısının alınması üçün vətəndaşların yalnız qısamüddətli qapanmalarda olması kifayət deyil, insanlar tələb olunan qaydalara da əməl etməlidirlər:

"Bəzi vətəndaşlar bu halı ikinci dalğa kimi qəbul edirlər. Bu, belə deyil, hazırda pandemiyanın başlanğıc mərhələsindəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31