MOK yazı müsabiqəsi elan edir

Milli Olimpiya Komitəsi (MOK) 22 iyul – Milli Mətbuat Günü münasibətilə “Olimpiya Oyunları – Uğur Hekayələri” mövzusunda yazı müsabiqəsi elan edib.

Milli Olimpiya Komitəsi (MOK) 22 iyul - Milli Mətbuat Günü münasibətilə "Olimpiya Oyunları - Uğur Hekayələri" mövzusunda yazı müsabiqəsi elan edib.

MOK-un mətbuat xidmətindən "OLAYLAR"-a verilən məlumata görə, müsabiqəyə olimpiadaya qatılan idmançıların həyat yolundan, uğur hekayələrindən bəhs edən araşdırma yazılar təqdim olunmalıdır.

Qaydalara əsasən, hər jurnalist bir yazı təqdim etmək hüququna malikdir. Yazı MOK-un elan etdiyi istiqamətlərə uyğun olmalıdır. Müəlliflər elan edilmiş istiqamətə uyğun olaraq yazıların mövzu və sərlövhələrini sərbəst şəkildə müəyyənləşdirə bilərlər.

Yazılar iyulun 10-dək qəbul ediləcək. Qaliblərə müvafiq olaraq 500 manat, 300 manat və 200 manat mükafat veriləcək. 

Onların adları iyulun 20-də açıqlanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31