Yaxınlarının dəfninə qatılmaq istəyənlərin NƏZƏRİNƏ!
4 İyun 2020 14:29 SosialBakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunda sakinlər yaxın qohumların dəfnində iştirakla əlaqədar Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.
Bu barədə Nazirlər Kabinetinin "Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" qərarında bildirilib.
Qərar 6 iyun saat 00.00-dan 8 iyun saat 06.00-dək qüvvədədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31