Çində ibtidai məktəbə hücum: Çox sayda uşaq yaralandı
4 İyun 2020 12:02 SosialÇinin cənubunda naməlum şəxs bıçaqla məktəbə hücum edib.
50 yaşlı kişi dərs başlamazdan əvvəl məktəbin girişində insanlara hücum edərək, 40-dan çox şəxsi yaralayıb.
Hadisə yerinə təcili tibbi yardım işçiləri cəlb edilib. Görüntülərdə yaralı uşaqların binadan çıxarıldığı qeydə alınıb.
Məktəbin direktoru, mühafizəçi və şagirdlərdən birinin vəziyyəti ağırdır. Onlar xəstəxanaya yerləşdirilib.
Cinayətkar tutulub. Hadisənin hansı səbəbdən baş verdiyi və onu törədən şəxsin kimliyi açıqlanmır.
paralel.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31