Bu gün MM-in Səhiyyə komitəsi yığışacaq
yunun 4-də Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçiriləcək
4 İyun 2020 11:12 Sosialİyunun 4-də Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçiriləcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, iclasda "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun layihəsinin (birinci oxunuş)və "Sanitariya-epidemioloji salamatlıq haqqında", "Yerin təki haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Dövlət rüsumu haqqında" qanunlara təklif edilən dəyişikliklərin müzakirəsi nəzərdə tutulur. Müzakirələrdə deputatlar və sahə mütəxəssisləri iştirak edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31