Azərbaycan polisindən daha bir xeyirxah əməl
3 İyun 2020 13:19 SosialYarandığı gündən ictimai asayişin keşiyində duran Azərbaycan polisi həmişə xalqın keşiyində dayanıb, həmişə ictimaiyyətə açıq orqan olub. Elə bu səbəbdən də polis Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz bir orqan imici qazanıb. Azərbaycan polisi uzun müddətdən bəridir ki, keçdiyi keşməkeşli və şərəfli yolu ilə ölkə vətəndaşlarının təhlükəsiz yaşamasını təmin edir. Dünya dövlətləri ilə müqayisədə sabitliyin bərqərar olunması işi Azərbaycanda daha yüksək peşəkarlıqla həyata keçirilir. Müasir dünyanın inteqrasiyası dövründə Azərbaycan polisi üzərinə düşən vəzifəni şərəflə yerinə yetirir. Xüsusən, ölkəmizə ilbəil artan turist axını zamanı polisin göstərdiyi yüksək peşəkarlıq diqqəti cəlb edir.
Bakı şəhər sakini Şabanov Qürbət redaksiyamıza müraciət edərək bildirib ki, bu günlərdə polisin öz vəzifəsini layiqincə yerinə yetirməsinin bir daha şahidi olub: "Bir necə gün öncə Zaqatala rayonuna səfər etmişdim. Geri qayıdanda qərara gəldim ki, Şəki "Xan Sarayı"nı ziyarət edim. Əraziyə necə getmək lazım olduğunu polisdən soruşdum. Polis əməkdaşları ədəb və ərkanla məni yola istiqamətləndirdilər, bununla kifayətlənməyərək məni 99 YP 596 nömrəli maşınla "Xan Sarayı"na qədər müşayiət etdilər. Bu xeyirxah və nəcib əmələ görə, Şəki şəhər Polis İdarəsinin ənəkdaşları leytenant Bəşirli Xəyal və gizir Şahin Şeyxova dərin minnətdarlığımı bildiriəm!"