Dəmir yolu stansiyalarında velosiped dayanacaqları quraşdırılıb
Dəmir yolu stansiyalarında velosiped dayanacaqları quraşdırılıb
3 İyun 2020 12:48 SosialEkoloji cəhətdən təmiz və insan sağlamlığı üçün faydalı nəqliyyat növü olan velosipedin istifadəsini təşviq etmək məqsədi ilə dəmir yolu stansiyalarında velosiped dayanacaqları quraşdırılıb. Bu barədə məlumat "OLAYLAR"-a "Azərbaycan Dəmir Yolları" QSC-dən daxil olub. Bildirilib ki, hər kəs öz velosipedini belə dayanacaqda ödənişsiz park edə bilər. Hazırda Abşeron Dairəvi dəmir yolu xəttinin 13 stansiyasında velosipedlər üçün dayanacaqlar quraşdırılıb. Gələcəkdə yeni tikiləcək bütün stansiyaların velosiped dayanacaqları ilə təmin edilməsi də nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31