Proseslər daha da alovlana bilər - Baş infeksionistdən AÇIQLAMA

Son günlər bəzi mənbələrdə reanimasiyalarda koronaviruslu xəstələrin müalicəsi üçün yer olmadığı haqqında məlumatlar yayılır. Bu isə cəmiyyətdə ajiotaja səbəb olub.


O, Publika.az-a açıqlamasında bu məlumatların yanlış olduğunu bildirdi: "Reanimasiyalarda hələ ki, yer var. Gələcəkdə necə olacaq, onu deyə bilmərəm. Ancaq artım müşahidə edilir. Bu da insanların məsuliyyətsizliyindən irəli gəlir. Məsələnin ciddiyyətini anlamalıyıq. Proseslər daha da alovlana bilər. Vətəndaşlardan xahiş edirəm ki, Operativ Qərargahın tövsiyələrinə və karantin qaydalarına əməl etsinlər. Tövsiyələrə əməl olunduğu təqdirdə yayılmanın qarşısını ala bilərik. Beləcə, arzu etdiyimiz yumşalma prosesini reallaşdıra bilərik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31