Vilayət Eyvazov alay komandirinə yüksək vəzifə verdi — ƏMR

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə yeni rəis müavini təyin edilb.

Olaylar.az  bakupost.az-a istinadən xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə bu vəzifə polkovnik-leytenant Malik İbrahimova tapşırılıb.

M.İbrahimov bu ilin yanvar ayında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin Alay komandiri vəzifəsinə təyin olunmuşdu.

Məlumata görə, polkovnik-leytenant hər iki vəzifəni icra edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31