Maska taxmayanlar 50 manat cərimə olunacaq
Milli Məclisin növbədənkənar sessiyasının bugünkü iclasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
2 İyun 2020 12:36 SosialMilli Məclisin növbədənkənar sessiyasının bugünkü iclasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
"Olaylar" xəbər verir ki, qanun layihəsini deputat Fəzail Ağamalı təqdim edib. Qanun layihəsinə görə, koronavirus pandemiyası səbəbi ilə ictimai yerlərdə tibbi maskadan istifadə etməyənlərə qarşı 50-200 manata qədər cərimə sanksiyalarının tətbiq olunacaq.
Qanun layihəsi Milli Məclisdə səsə qoyularaq qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31