Deputat: “Orta məktəblərdə hərbi dərslər bərpa edilsin”

Deputat: “Orta məktəblərdə hərbi dərslər bərpa edilsin”

Biz, müxalifət olaraq əksər vaxt tənqidə üstünlük veririk. Amma bir məqamı qeyd etmək istərdim. Son vaxtlar Milli Məclis rəhbərliyi səviyyəsində həll edilən müsbət hallardan biri də ayrı-ayrı komitə üzvlərinin qanun layihəsini təqdim etməsidir. Əvvəl sanki komitə sədrləri inhisarı var idi və komitə üzvlərinin potensialı üzə çıxmırdı. Mən, bu halı təqdir edirəm.

"Olaylar" xəbər verir ki, bu sözləri Milli Məclisin növbədənkənar sessiyasının ikinci iclasında deputat Fazil Mustafa deyib. Deputat həmçinin təklif edib ki, Azərbaycan orta məktəblərində hərbi dərslər bərpa edilsin:

"Dağlıq Qarabağ konflikti ilə bağlı bir sıra məsələni diqqətdən kənarda saxlamaqla gələcəkdə problemlərlə üzləşə bilərik. İllər əvvəl orta məktəblərdə qumbara partlamışdı və buna görə də hərbi dərslər yığışdırıldı. Biz, müharibə aparırıq. Hərbi dərslərin bərpasını təklif edirəm. Bunun da əsaslandırılması çox sadədir. Biz, hər zaman kadr problemini, hazırlıqsız olduğumuzu qeyd edirik. Biz, onsuz da problemi hərbi yolla həll edəcəyik. Əgər indi bunu etməsək, gələcəkdə deyəcəyik ki, hazırlıqlı deyildik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31