Murad Arif yüksək vəzifəyə təyin edildi

Bəstəkar-müğənni Murad Arifə vəzifə verilib.

Redaktor.az-ın əldə etdiyi məlumata görə, o, "MTV Azərbaycan" kanalında musiqi direktoru vəzifəsinə təyin edilib.

Sənətçi vəzifəsini bir neçə gündür ki, icra edir.

Qeyd edək ki, M.Arif həm də İctimai Televiziyada çalışır. Onun "Popumuz var" layihəsi tezliklə bu kanalda yayımlanacaq. //Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31