Azərbaycanın işğal altında olan ərazilərində 43 nəfər koronavirusa yoluxub
1 İyun 2020 16:29 SosialAzərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı artır.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, Dağlıq Qarabağda koronavirusa 3 yeni yoluxma faktı qeydə alınıb.
Bununla da Azərbaycanın işğal altında olan ərazilərində koronavirusa yoluxanların sayı 43 nəfərə çatıb.
Bildirilib ki, virusa yoluxanlardan 26 nəfər sağalıb.
Hazırda 102 nəfər karantindədir, xəstəlikdən ölüm faktı isə qeydə alınmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31