Mikrobiologiya İnstitutu Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

AMEA-nın  Mikrobiologiya İnstitutu  Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım kampaniyasına qoşulub. 

Olaylar.az bildirir ki, institut alimləri bir aylıq əməkhaqqılarının bir hissəsini könüllü şəkildə fonda ianə ediblər.

Qeyd edək ki,institutumzun  əməkdaşları koronavirusla mübarizə ilə bağlı maarifləndirmə tədbirlərində yaxından iştirak edir, həmçinin Nazirlər Kabinetinin qərar və tövsiyələrinə ciddi riayət edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31