Azər Kərimli: “Milli Məclisdə internet televiziyasının yaradılmasına ehtiyac var”
1 İyun 2020 12:24 Sosial"Milli Məclisdə internet televiziyasının yaradılmasına ehtiyac var. İnternet televiziyasının yaradılması Milli Məclisin daha geniş təmsil olunmasına şəriat yaradacaq". "Olaylar" xəbər verir ki, bu fikirləri parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında çıxış edən deputat Azər Kərimli deyib. O bildirib ki, peşəkar insanlar tərəfindən hazırlanan materiallar həm də etibarlı istinad mənbəyi ola bilər: "Dünyanın bir çox ölkələri bu təcrübədən istifadə edirlər".
Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın səsləndirdiyi təklifi müsbət qiymətləndirib: "Parlamentin payız sessiyasından kanalların birində Milli Məclisin bir saatlıq fəaliyyəti ilə bağlı proqram yayımlanacaq. Hazırda bu sahə ilə bağlı iş gedir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31