Ali məktəbə imtahansız qəbul şərti açıqlandı
1 İyun 2020 12:04 SosialSubbakalavrların ali məktəbə imtahansız qəbul olunması üçün sənəd qəbulu bu gündən başlayacaq. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn mətbuat konfransında deyib.
Onun sözlərinə görə, subbakalavrlar DİM-ə müraciət etdikdən sonra onlar haqqında məlumat aidiyyatı təhsil müəssisələrindən alınacaq.
"Onlar imtahansız qəbulla yanaşı, abituriyent kimi ərizə verib, imtahanda da iştirak edə bilər. Onlar imtahansız müraciət etdikdə müsabiqəyə buraxılmaq üçün minimal bal hesablanacaq. Amma imtahanda abituriyent kimi iştirak edərlərsə, yüksək bal toplaya bilər və daha yaxşı yerə qəbul oluna bilərlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31