Aqil Abbas: “O qədər ixtisar olunası yer var, niyə kitablardan yapışıblar”

"600 min nəfərə 190 manat birdəfəlik yardım olundu. Bundan başqa yeni iş yerləri açıldı. Cənab Prezident də deyib ki, bu müddət ərzində heç kim işdən çıxırıla bilməz. Amma Ağcabədidə kitabxanaya göndəriş gəlib ki, 35 nəfər ixtisara salınmalıdır. Niyə?" "Olaylar"  xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında deputat Aqil Abbas deyib.

"Prezident deyir ki, heç kimi işdən çıxarmaq olmaz, amma Mədəniyyət Nazirliyindən belə bir göstəriş gəlir. İndi mədəniyyət naziri yoxdur, amma kim onu əvəz edəcəksə, xahiş edirəm bu məsələni həll etsin. O qədər ixtisar olunası yer var, niyə kitablardan yapışıblar, başa düşə bilmirəm"-deyə, A.Abbas qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31