VII "Virtual əlaçı" bilik yarışmasına start verilir
31 May 2020 19:40 SosialVII "Virtual əlaçı" bilik yarışmasına start verilir.
Olaylar.az bildirir ki, yarışmada iştirak etmək üçün "Virtual məktəb" portalında "Teams -> General" bölməsindən "Testlər" altbölməsinə daxil olmaq və orada yerləşdirilən testlərə cavab vermək lazımdır. Hər sinif üçün təqdim edilmiş tapşırıqlara ən tez və düzgün cavab vermiş ilk 10 şagird qalib olacaq və adları Təhsil Nazirliyi tərəfindən rəsmi şəkildə elan ediləcək.
Qeyd edək ki, yarışmanın keçirilməsində məqsəd şagirdlər arasında sağlam rəqabəti artırmaq və öyrənilən bilikləri yoxlamaqdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31