Karantin rejimində toylar keçirilsin - TƏKLİF
31 May 2020 17:03 Sosial"Toyların keçirilməsi məsələsi öz həllini tapmalıdır".
Bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib.
O qeyd edib ki, karantin rejimi dövründə toylar iki saat müddətində keçirilməlidir.
"İnsanlar xərc çəkiblər, toy gözləyirlər. Toylar iki saat müddətində, 50 nəfər iştirak etməklə və sosial məsafə gözlənilməklə keçirilə bilər", - deyə F.Mustafa bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31