Müdafiə Nazirliyi deputat Vahid Əhmədovu yalan danışmaqda günahlanndırdı
31 May 2020 16:51 SosialMayın 31-də Milli Məclisin növbəti iclasında millət vəkili Vahid Əhmədovun Müdafiə nazirinin ünvanına səsləndirdiyi fikirlər yalandır və həqiqəti əks etdirmir. "OLAYLAR" xəbər verir ki, Müdafiə Nazirliyi belə bir açıqlama yayıb:
"Bildiririk ki, son bir ildə Müdafiə naziri heç bir brifinqdə iştirak etməyib və ona Şuşa ilə bağlı heç bir sual verilməyib. Millət vəkilinə xatırladırıq ki, "Azərbaycan Respublikasının Müdafiə haqqında Qanunu"nun 4-cü maddəsinin müvafiq bəndinə əsasən "müharibə elan edilməsinə və sülh bağlanılmasına razılıq" verilməsi Milli Məclisin səlahiyyətləri çərçivəsindədir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31