Sayları 5 mini ötdü - Azərbaycanda SON RƏQƏMLƏR
30 May 2020 18:05 SosialAzərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxanların və infeksiyadan sağalanların sayı açıqlanıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Hazırkı dövrədək ölkəmizdə 5 246 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 327 nəfər müalicə olunaraq sağalıb, 61 nəfər vəfat edib, 1 858 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 58 nəfərin vəziyyəti ağır, 68 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31