Yas yerlərində kütləvi yoluxma halları var - QƏRARGAH

"Səhiyyə müəssisələrində koronavirusa yoluxma halları yüksəkdir".

Bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, xəstəxanalara, poliklinikalara maskasız daxil olmaq, məsafəni gözləməmək qadağandır.

Qurum rəsmisi əlavə edib ki, insanlar qaydalara əməl etməyərək, yas mərasimlərini ev şəraitində təşkil edirlər:

"Aparılan analizlər göstərir ki, yoluxma hallarının böyük qismi yas mərasimlərində baş verir. Bu, bizi çox ciddi narahat edir. Vətəndaşları qaydalara əməl etməyə çağırırıq"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31