Əksər marketlərdə metodiki tövsiyələrə əməl edilmir - Ramin Bayramlı
29 May 2020 19:10 SosialƏksər marketlərdə metodiki tövsiyələrə əməl edilmir.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, bu müəssisələr xüsusi nəzarətə götürüləcək: "Biz bununla bağlı onlara müraciət edirik və qaydalara əməl etməyə çağırırıq. Əks halda, belə müəssisələrin sahibləri barəsində tədbir görüləcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31