Vətəndaş qəbulu aparacaq müəssisələrdə sosial məsafə üçün xüsusi işarələr olmalıdır - TƏBİB

Vətəndaş qəbulu aparacaq müəssisələrdə sosial məsafəni gözləməyi tövsiyə edən xüsusi işarələr olmalıdır.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, səhiyyə müəssisələri yoluxma riski çox yüksək olan müəssisələrdir:

"Bu müəssisələrə daxil olan simptomatik olmayan insanların digərlərini yolxudura bilərlər. Buna görə də müəssisələrə maskasız daxil olmaq qadaaağan edilir. Bu məsələyə özəl müəssisələr də xüsusi diqqət yetirməlidirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31