Mehriban Əliyeva Ramazan bayramı münasibətilə xalqı təbrik etdi
24 May 2020 11:37 SosialBirinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib.
Mehriban Əliyevanın "Instagram" səhifəsində edilən paylaşımda deyilir:
"Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Uca Tanrı etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin, bütün insanlara sağlamlıq və səadət, dünyamıza əmin-amanlıq və xoş günlər bəxş etsin!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31