Peşə etikasının yeni prinsipləri

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) və Mədəniyyət İşçilərinin Respublika Həmkarlar İttifaqı Komitəsi (MİRHİK) ilə birgə "Dəyişən dünyada peşə etikasının yeni prinsipləri" adlı vebinar təşkil edilib.

Olaylar.az bildirir ki, MİRHİK-si Sədri Cəmilə Səttarova tədbir iştirakçılarını salamlayaraq, mədəniyyət işçilərinin sosial təcrid dövründəki fasiləsiz fəaliyyətini təmin etdikləri üçün onlara öz təşəkkürünü bildirmişdir. C.Səttarva dünyada 40 mindən çox peşənin olduğunu və dövr dəyişdikcə bu peşələrin xarakterini təşkil edən bacarıqlarən da dəyişdiyini bildirmişdir.

Dəyişən dünyada mədəniyyət sahəsində çalışan əməkdaşlardan yeni peşə səriştələrinin tələb olunduğunu qeyd edən Mərkəzin direktoru Asif Usubəliyev çağdaş dünyamızda hər bir əməkdaşdan yüksək fərdi məsuliyyət, texnoloji hazırlıq və kreativ yanaşma tələb edildiyini bildirmişdir.

Mərkəzin elmi katibi, MİRHİK-si Mərkəz üzrə sədri Cavid Əliyev xüsusi karantin rejmində yumşalma və fəaliyyət sahələrinin tam açılması postpandemiya dövründə də klassik iş prinsiplərindən fərqli olaraq yeni yanaşmaların tətbiq olunması qaçılmazlığını vurğulamışdır. O bildirmişdir ki, bütün bunlar dəyişən dünyada peşə etikasnın yeni prinsiplərinin formalaşmasına gətirib çıxaracaqdır.

Tədbir nəticəsində mədəniyyət sahəsində çalışanların müasir peşə etikası adlı təlimati xarakterli vəsaitin hazırlanmasına, həmkarlar fəaliyyətinə həsr olunmuş xüsusi təlimlərin yerlərdə keçirilməsinə və əməkdaşlarda müasir səriştələrin formalaşmasına xidmət edən birgə mühazirələrin reallaşmasına dair razılıq da əldə olunmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31