Ramin Bayramlı: "Koronavirusa yoluxanların 22 faizi 50-59 yaşlılardır"
22 May 2020 19:24 Sosial"Koronavirusa yoluxanların 22 faizi 50-59 yaşlılardır".
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı deyib ki, yoluxanların 57 faizini qadınlar, 43 faizini kişilər təşkil edir.
TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, virusdan ölənlərdən 33 nəfər 60-69 yaşlı, 13 nəfər 50-59 yaşlıdır, 5 nəfər 80 yaşın üzərindədir: "Ölənlərin 4 faizi 40-49 yaşlarındadır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31