Ramin Bayramlı: “Vətəndaşlar xəstəxanalara gec müraciət edirlər”

"Asimtomatik hallar, test nəticəsi neqativ olan, ancaq simptomları olanlarla bağlı bəzi tibb müəssisələrində artım müşahidə olunur".

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

R. Bayramlı qeyd edib ki, vətəndaşlar yenə də xəstəxanalara gec müraciət edirlər: "Təsdiq olunmamış simptomatik hallar "Yeni Klinika"da müalicə olunur. Ağciyər Xəstəlikləri İnstitutunda da belə xəstələr müalicə alır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31