Maskalardan istifadə edilmədiyi halda cərimələr tətbiq olunacaq
22 May 2020 19:24 Sosial"Tibbi maskaların istifadəsi açıq məkanlarda tövsiyyə olunur, lakin qapalı məkanlarda maskaların istifadəsi mütləq və məcburidir". Bunu Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
İ.Məmmədov bildirib ki, buna riayət edilmədiyi halda cərimələrə müraciət oluna bilər: "Bu məsələ hazırda gündəmdədir və müzakirə olunur. Lakin bu məsələni hələlik ictimai qınaqla tənzimləməyə çalışacağıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31