Azərbaycanda koronavirusa yoluxanlar arasında hamilə qadınlar da var

Azərbaycanda koronavirusa yoluxanlar arasında hamilə qadınlar da var.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

R.Bayramlı bildirib ki, onlar arasında bir sıra riskli hamiləliyi olanlar da olub:

"Bütün bu risklərin hamısı nəzərə alınıb. Bilirsiniz ki, koronavirus xəstələrinin müalicə olunduğu tibb müəssisələrinin içərisində yüksək ginekoloji xidmət olanları var. Həmin müəssisələrdə hamilə qadınlara peşəkar xidmət göstərilib və onlar arasında koronavirusla bağlı hər hansı bir ağırlaşma baş verməyib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31