Azərbaycanda üç jurnalistdə koronavirus aşkarlanıb - RƏSMİ
22 May 2020 18:40 SosialYevlaxda Qaraçılar məhəlləsində yoluxma halları yüksəkdir.
Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:
"Biz orada müayinə və müalicə prosesini davam etdiririk. Lakin təəssüf ki, bəzi vətəndaşlarımız hüquq mühafizə orqanlarına kobud davranış sərgiləyirlər. Biz sizin sağlamlığınız üçün çalışırıq".
O bildirib ki, simptomlu xəstənin nəticələri müsbət çıxdıqda, onunla təmasda olan şəxslər aşkarlanaraq, karantinə alınırlar: "Jurnalistlər arasında 3 əməkdaşda yoluxma faktı qeydə alınıb. Yaxın günlərdə bununla bağlı məlumat veriləcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31